Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Paşinyan Əli Əsədovla görüşə bilər

Növbəti həftədə Ermənistan və Azərbaycan baş nazirləri arasında görüş keçirilə bilər.

Belə bir informasiya ilə Ermənistanın "Pastinfo" agentliyi çıxış edib.

Məlumatda bildirilir ki, Nikol Paşinyanla Əli Əsədov arasında görüş avqustun 25-də və ya 26-da Bişkekdə baş tuta bilər.

Görüş baş tutarsa, orada Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı məsələlərin müzakirə olunacağı bildirilir.

Hələlik tərəflərin informasiyaya rəsmi münasibəti məlum deyil.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də