
Bu gün səhər saatlarında Goranboy rayon sakini özünü Bakı-Qazax magistral yolunun üzərində yerləşən Qarabağ kanalına atmışdır.
Məhz buna görədə intihar etmiş xanımın qohum – əqrabası həmin əraziyə gəlmişdir. 2 saatdan çox vaxtın keçməsinə baxmayaraq Fövqalədə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə gəlməmişdir.Məhz buna görə etiraz əlaməti olaraq insanlar kütləvi şəkildə Bakı-Qazax magistral yolunun Goranboy rayonun Goran ərazisindən keçən hissəsini bağlamışdılar.