Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rəqs videosu yayılan baş nazir narkotik testindən keçdi

İştirak etdiyi məclisdə rəqs edərkən çəkilən görüntüləri ilə müzakirələrə səbəb olan Finlandiyanın Baş naziri Sanna Marin narkotik testindən keçib.
 
Bu barədə o, bu gün keçirilən mətbuat konfransında bildirib.
 
Baş nazir hüquqi müdafiə üçün narkotik testi verdiyini açıqlayıb. Nəticələrin bir həftə sonra çıxacağını qeyd edən Marin dostları ilə spirtli içki qəbul etdiyini, lakin narkotikdən istifadə etmədiyini deyib.
 
Marin həftəsonu rəsmi görüşünün olmadığını, sadəcə dostları ilə vaxt keçirdiyini və qanunsuz heç bir şey etmədiyini söyləyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də