Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bələdiyyə binasına hücum edən şəxsin kimliyi bilindi

Avqustun 19-u axşam saatlarında Ermənistanın Masis şəhər meriyasının binasına qumbara və tapança ilə daxil olan intiharçının kimliyi müəyyən edilib.

Həmin şəxs 36 yaşlı Eduard Markaryandır. Bu barədə polisin mətbuat xidməti məlumat yayıb.
 
Rəsmilər həmin şəxsin intihar etdiyini bildirib.
 
"Danışıqlar zamanı Xüsusi Təyinatlı Polis İdarəsinin əməkdaşları içəri daxil olub və başından güllə yarası almış 36 yaşlı Eduard Marqaryanın meyitini aşkar ediblər. O, intihar edib”, - məlumatda deyilir.

Polis həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanları əməkdaşları arasında ölən və xəsarət alan olmayıb.

Xatırladaq ki, avqustun 19-da saat 21:10 radələrində qumbara və tapança ilə silahlanmış vətəndaş şəhər bələdiyyəsinin binasına daxil olub. Ardınca partlayış və  silah səsləri eşidilib. O zaman meriyada ancaq təmizlik işçisi və gözətçi  olub. Onlar binadan çıxa biliblər.
 
İntihar edən şəxsi heç bir tələb irəli sürməyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də