Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov bu il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayaraq rekorda imza atan Nigar Ağazadə ilə bağlı paylaşım edib.
Deputat Nigarı təbrik edərək, ona uğurlar arzulayıb.
"Nigar bildirib ki, Ankara Universitetini bitirdikdən sonra rezidentura təhsilinə Almaniyada davam edəcək. Ən böyük arzusu ürək cərrahı olaraq, ölkəsinə dönməkdir.
Bu misraları oxuyanda 90-cı illərin əvvəli yadıma düşdü. Arzular eyni olsa da, hər addımda məğlub ölkənin gənci olmanın miskinliyini yaşayırdıq. Bu gün isə Nigar kimi ağıllı və vətənpərvər gənclərimiz çox şanslıdırlar. Çünki onlar həm də müzəffər ölkənin övladı və vətəndaşlarıdır. Nigarın timsalında xaricə təhsil üçün yola salınan bütün övladların yolu açıq olsun. Vətən sizi gözləyəcək, əziz balalar! Uğurlarınız bol və davamlı olsun!” - paylaşımda qeyd olunub.