Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğan Putinin devrilməsini istəyir – Sabiq nazirdən şok açıqlama

"Qərbin Ukrayna müharibəsində taktikası bəllidir. Onlar istəyirlər ki, Ukraynada hərbi əməliyyatlar davam etsin və bu da imkan daxilində Rusiyanı zəiflətsin. Amma yaxşı başa düşürlər ki, Rusiyanın tam hərbi məğlubiyyəti mümkün deyil. Çünki Rusiyanı hərbi məğlubiyyətdən qoruyan taktiki nüvə silahı var".
 
Bu sözləri  Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Lvova səfərinin nəticələrindən danışarkən bildirib.
 
Eks-nazir hesab edir ki, hərbi baxımdan Ukrayna öz ərazisini müdafiə etsə də, müharibə Rusiyanın hərbi məğlubiyyəti ilə nəticələnməyəcək: "Artıq məlumdur ki, siyasi baxımdan Rusiya uduzub. Strategiya siyasi məğlubiyyətin Rusiya daxilində problem yaratmasına hesablanıb. Müxtəlif mütəxəssislər deyirlər ki, müharibə Rusiyanın dağılmasına, yaxud hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq”.
 

 
T.Zülfüqarovun sözlərinə görə, Ukraynanın bəzi dəstəkçiləri hesab edirlər ki, bu məqsədlə ölkəni qurban vermək yanlış addımdır:
 
“Onlar düşünürlər ki, onsuz da gələcəkdə Rusiyanın bu və ya digər şəkildə məğlub olacağı faktı bəllidir. Ancaq buna nail olmaq üçün Ukraynanın indiki ərazisinin üçdə biri tam dağılıb, digər hissəsi də böyük dağıntılara məruz qalıb. Qaçqınların sayı milyonlarla ölçülür. Doğrudur, Rusiya siyasi baxımdan məğlub olub, Ukrayna qalib olsa belə, bu, ölkənin dağılmasına gətirəcək”.
 
Türkiyəyə gəlincə, sabiq XİN rəhbərinin fikrincə, Ərdoğan Ukrayna məsələsində ikinci versiyanı dəstəkləyir. Bu baxımdam Qərblə Türkiyənin siyasi baxışları üst-üstə düşmür.
 
“Bəlkə də, Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ikinci mövqe ilə bağlıdır. Bu, müvəqqəti olsa belə, atəşkəsə nail olub, hərbi əməliyatları dayandırmaqla Rusiyanın onsuz da siyasi baxımdan dağılmasını gözləməkdən ibarətdir. Çünki Rusiyanın bu cür siyasi şəkildə dağılması üçün sanksiyalar, siyasi izolasiya, texnologiyadan məhrum qalmaq və başqa qəbildən olan səbəblər var. Bunların nəticəsində, dediyim ki, Rusiya ya dağılacaq, ya da hakimiyyət dəyişikliyi olacaq. Ərdoğan ikinci taktikanın tərəfdarıdır. Ancaq görünür ki, Zelenski daha çox birinci versiyanı dəstəkləyir. Buna görə də, deyə bilərik ki, müharibə hələ davam edəcək. Qərb açıq bildirməsə də, Türkiyənin sülyaratma missiyasına əngəl törətməyə çalışacaq".
 

 
Qeyd edək ki, ötən gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın qərbində yerləşən Lvov vilayətinə bir günlük səfər edib. O, səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək, bir sıra vacib məsələləri müzakirə edib. Danışıqlardan sonra tərəflər arasında Ukraynanın müharibədən sonra bərpası ilə bağlı sənəd imzalanıb.
 
Ərdoğanın müharibə başlayandan sonra Ukraynaya ilk səfəri dünyanın siyasi gündəminin əsas mövzusuna çevrilib. Xarici politoloqlar hesab edirlər ki, Ukrayna münaqişəsinin həllində bütün ümidlər Türkiyəyə yönəlib. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də