Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qadınları asılı vəziyyətə salıb, 6 il çəkib... - Həbs olunan polkovniklə bağlı şok faktlar



Artıq dörd gündür, ölkə gündəmini zəbt edən intim qalmaqala ilk rəsmi və hüquqi qiymət verildi. Söhbət Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin bu qurumda çalışan bir sıra qadınlarla cinsi münasibətdə olması və onları gizlicə kameranin yaddaşına köçürməsindən gedir.


Bu gün nəhayət ki, Baş Prokurorluq hadisə ilə bağlı ilkin məlumat yaydı. Zaur Mirzəyev həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi açılıb.

Prokurorluğun məlumatında hadisə ilə bağlı bir sıra yeni detallar da yer alıb. Bu detallar nədən ibarətdir?

Birincisi, Prokurorluq müəyyən edib ki, polkovniki Zaur Mirzəyev qadınlarla intim münasibətini xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün quraşdırdığı gizli kamera ilə çəkib.

İkincisi, Zaur Mirzəyev dövlət qulluqçusu kimi sözügedən əməllərlə uzun müddət - 2013-cü ildən başlayaraq 2019-cu ilin sonlarınadək məşğul olub.

Üçüncüsü, prokurorluğun açıqlamasından məlum olur ki, Zaur Mirzəyev qadınları "xidməti və digər asılılıqlarından yararlanmaqla" cinsi istismara məruz qoyub.

Onu da qeyd edək ki, Baş Prokurorluğun məlumatında Zaur Mirzəyevin çəkdiyi qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayıldığı bildirilsə də, ən vacib məsələyə aydınlıq gətirilməyib: Polkovnikin çəkdiyi intim videolar internetə necə yol tapıb? Videoları digər şəxslərə Zaur Mirzəyev özü ötürüb, yoxsa kimsə onun ehtiyatsızlığından istifadə edib?

Zaur
Baku Post

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də