Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukraynaya səfərə yollanıb. Ərdoğan səfər zamanı Lvov şəhərində BMT Baş katibi Antonio Quterreş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. Danışıqlar zamanı liderlərin Ukraynadakı durumu və taxıl ixracı prosesini müzakirə edəcəkləri bildirilir. Bundan əlavə Ərdoğanın Zelenskiyə Putinlə görüşməyi təklif edəcəyi yayılan xəbərlər arasındadıır.
Bəs, Ukraynanın Türkiyə liderinin səfərindən gözləntiləri nədir?
Ukraynanın tanınmış hərbi eksperti Oleq Starikov bildirib ki, Türkiyə prezidentinin Lvova səfərindən təkcə Ukrayna deyil, bütün dünya ümidlidir.
“Çünki iki ölkə arasında müharibə başlayandan bəri Türkiyə neytral mövqe sərgiləyərək, tərəfləri sabitliyə səsləyir. Bu cür nüfuzlu dünya liderinin Ukraynaya və qeyd edirəm ki, paytaxt Kiyevə deyil, vilayət mərkəzi olan Lvov şəhərinə gəlişi o deməkdir ki, onlar şəxsən mühüm danışıqlar aparacaqlar. Prezident Zelenski BMT-nin himayəsi altında beynəlxalq əhəmiyyətli məsələlərlə bağlı müzakirəyə başlayacaq. Ümumilikdə isə deyə bilərəm ki, Ukraynanın Türkiyədən ümidləri böyükdür” - ekspert vurğulayıb.
Ukraynanın Kiyev vilayəti üzrə ərazi müdafiə briqadasının zabiti, keçmiş ictimai xadim, hazırda döyüşdə iştirak edən Dmitro Kulibaba da səfərdən gözləntilərinin yüksək olduğunu deyib.
“Hansı məsələlərin müzakirə ediləcəyi, demək olar ki, aydındır. Müharibəyə davam, yoxsa sülh olacaq, əsas bu məsələ danışılacaq. Həmçinin taxıl ixracının artırılması məsələləri müzakirə olunacaq, ilk karvanlar artıq başlayıb, dinamikanı artırmaq lazımdır. Görüşün əsas məsələsi, həmçinin Zaporojye AES ətrafındakı vəziyyətlə bağlı fəaliyyətlərin əlaqələndirilməsi olacaq. Rusiya Federasiyasının təxribatları nəticəsində təkcə Ukraynaya deyil, bütün qonşu dövlətlərə böyük ziyan dəyir. Türkiyənin turizm sektoru ağır zərbə altındadır. Bizim üçün vacib olan digər məsələ isə Donetsk vilayətinin işğal olunmuş ərazisindəki Olenevka kəndindəki koloniyada onlarla ukraynalı hərbi əsirlərin ölümü ilə nəticələnən hadisələrlə bağlı fakt-araşdırıcı missiyanın göndərilməsidir. Eyni zamanda gözlənilir ki, Ərdoğan prezidentin Putinlə görüşünü müzakirə etsin”,- Dmitro Kulibaba vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Lvov vilayətinə birgünlük işgüzar səfərə gedib. Türkiyə dövlətinin başçısı Ankara Esenboğa Hava Limanından yola salınıb. Ərdoğanı geniştərkibli nümayəndə heyəti müşayiət edir.
Səfər çərçivəsində iki ölkə liderlərinin görüşlərində strateji tərəfdaşlıq çərçivəsində Türkiyə-Ukrayna münasibətlərinin bütün aspektləri müzakirə olunacaq. Bundan əlavə, səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur.