Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putinlə Kasım-Jomart Tokayev avqustun 19-da Soçidə görüşəcəklər.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Yüksək səviyyədə müntəzəm dialoqun davamı olaraq Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin gələcək inkişafı məsələlərinin müzakirəsi planlaşdırılır”, - məlumatda deyilir.
Bundan əlavə, qeyd olunub ki, görüşdə Qazaxıstanın bu il sədrlik etdiyi MDB daxil olmaqla, inteqrasiya birlikləri çərçivəsində ikitərəfli əməkdaşlıq məsələsinə də toxunulacaq.