Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirusun çıxış nöqtəsinin 1 il sonrakı halı...+ FOTOLAR






Koronavirusun çıxış nöqtəsi olan Çinin Uhan şəhərində yüzlərlə insan təxminən 1il əvvəl epidemiyanın ortaya çıxdığı bazara axın edib.

Moderator.az xəbər verir ki, şəhərin böyük bazar yerlərindən birində başlayan epidemiya dünyanın böyük hissəsini hələ də təsiri altında saxlayarkən Uhanda insanlar normal həyata qayıdıb.

Bazarda qeydə alınan görüntülərdə insanların sərbəst şəkildə bazara gəldiyi və çəkinmədən qurbağa və tısbağa aldıqları görülüb. Balıq və tərəvəz satıcısı Nie Quanghzhen, "Qorxmuram, qorxacaq heç nə yoxdur" deyərək hər gün bazarda yüzlərlə insanın sıraya girdiyini söyləyib.

Qeyd edək ki, 11 milyon əhalisi olan şəhərdə bu günə qədər 50 min yoluxma halı qeydə alınıb və 4 min insan həyatını itirb.



Kamran

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də