Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Meşə yanğınları 26 nəfərin həyatına son qoydu

Əlcəzairin şərq əyalətlərində meşə yanğınları nəticəsində 26 nəfər ölüb.
 
Bu barədə Sinxua agentliyi Əlcəzair Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
 
Bildirilib ki, yanğınlar El Tarf əyalətində 24, Setif əyalətində isə 2 nəfərin ölümünə səbəb olub. Ölkənin 14 şərq əyalətində 39 meşə yanğını tüğyan edir. Yanğınla mübarizəyə aviasiya qüvvələri də cəlb edilib.
 
Ümumilikdə isə dünyada meşə yanğınları son 20 ildə iki dəfə artıb. Avropada bu il anomal istilər səbəbindən rekord miqdarda meşə yanıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də