Xəbər verdiyimiz kimi, ötən gün tanınmış estrada müğənnisi və aktrisa Firəngiz Rəhimbəyova vəfat edib. Uzun illər ABŞ-da yaşayan sənətçi 62 yaşında dünyasını dəyişib.
1993-cü ildə Los-Anceles şəhərinə köçən aktrisa Azərbaycanda bir sıra rolları ifa etsə də, ona ən böyük uğuru “Bəxt üzüyü” filmindəki Seda rolu qazandırıb.
Firəngiz Rəhimbəyovanın “Bəxt üzüyü” filmindəki tərəf müqabilləri onunla bağlı xatirələrini bölüşüblər.
“Söylü” obrazıyla yaddaşımıza həkk olunan Xalq artisti Afaq Bəşirqızı həmkarının ölüm xəbərindən təsirləndiyini söyləyib:
“Firəngizin ölümü mənə çox pis təsir etdi, heç inana bilmirəm. Sonuncu dəfə görüşəndə vəziyyəti yaxşı idi, niyə birdən-birə belə oldu bilmədim. Çox yaxşı insan, dost idi, Firəngiz xanım. Nikbin insan idi. “Bəxt üzüyü-2” filmində də bir yerdə yenidən səhnəni bölüşmüşdük, Allah rəhmət eləsin. Tamaşaçı onu unutmayacaq”.
Xalq artisti Valeh Kərimov isə bildirib ki, Firəngiz Rəhimbəyova hər dəfə Bakıya gələndə onunla görüşürmüş:
“O, həm yaxşı müğənni, aktyor, həm də çox gözəl dost idi. Gülərüz, pozitiv olmasını unutmayacayıq. “Bəxt üzüyü -2” filmi bizi yenidən birləşdirdi. Həmin vaxtlarda səhhətindən şikayət etmirdi, sonradan Bakıya gəlişi zamanı da sağlam idi. Heyif ki, onu itirdik, Allah rəhmət etsin”.
Qeyd edək ki, Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olub. 1980-ci illərin sonunda Azərbaycanda müasir estradanın yaradıcılarından birinə çevrilib.
Rafiq Babayev, Eldar Mansurov və Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, “Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnıları ifa edib.
Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan sənətçiyə ən böyük uğuru “Bəxt üzüyü” filmindəki Seda rolu qazandırıb.
Aktrisa 1993-cü ildə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. O, Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik etməklə və xırda bizneslə məşğul olub.
Firəngiz Rəhimbəyova 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" filmində yenidən Seda roluna çəkilib.