Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Paşinyana sui-qəsd ola bilər

İrəvanın müxtəlif yerlərinin minalanması xəbərlərinin arxasında Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək istəyən qüvvələr dayana bilər.
 
Bunu politoloq Elxan Şahinoğlu deyib. 
 
Siyasi şərhçi hesab edir ki, onlar - bomba qoyulması xəbərini yayanlar İrəvanda panika yaratmaqla Paşinyanın mövqelərini zəiflətməyi planlaşdırırlar.
 
““Qarabağ klanı”nın timsalında radikal müxalifət Paşinyanı parlamentdə istefaya məcbur edə bilmədi. Radikal müxalifət aylarla küçə yürüşləri və mitinqlər keçirdi, yenə nəticə əldə etmədi. Ermənistan vətəndaşları radikal müxalifətə dəstək vermədi. Görünür, radikal müxalifətin daha radikal qanadı ən son üsula - terrora əl atıb. Metronun və hava limanının minalanması xəbərdarlıqlarından sonra Nikol Paşinyana qarşı sui-qəsdin həyata keçirilməsi də mümkündür. Metroda mina həyəcanı Paşinyana xəbərdarlıqdır. Nikol Paşinyan təhlükəsizliyinin artırılması barədə düşünməlidir", - deyə E. Şahinoğlu söyləyib.
 
Qeyd edək ki, son günlər Ermənistanın paytaxtı İrəvanın müxtəlif yerlərinə bomba qoyulması barədə xəbərlər yerli əhali arasında təşvişə səbəb olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də