Portuqaliyanın mərkəzində yerləşən Serra da Estrela dağlıq bölgəsində ötən həftə başlayan meşə yanğınları davam edir.
On günə yaxındır davam edən yanğınlarda 17 min hektar ərazi yanıb.
Ölkənin Milli Mülki Müdafiə Agentliyinin direktoru Andre Fernandes bildirib ki, yanğın müxtəlif nöqtələrdə davam edir və hələ də aktivdir.
"Ərazinin coğrafi mövqeyi, quraqlıq, isti hava və küləyə görə, yanğınla mübarizə aparmaq çox çətindir", - deyə o qeyd edib.
Hazırkı vəziyyətdə yanğınsöndürmə əməliyyatında 1100 zabit, 356 maşın və 13 təyyarə iştirak edir. Fernandes qeyd edib ki, 3-ü ağır olmaqla 19 yanğınsöndürən yaralanıb.
Yanğınla əlaqədar 45 nəfər evlərindən təxliyə edilib.