Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Metro “Qarabağ”a görə gücləndirilmiş iş rejiminə keçir

“Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi beynəlxalq oyunla əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyası sabah matçın başlanma vaxtı ərəfəsindən gücləndirilmiş iş rejiminə keçiriləcək.
 
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən kütləvi tədbirlərlə bağlı Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, saat 20:45-də başlanacaq qarşılaşmaya yollanacaq sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə bu stansiyaya növbətçilik cədvəli üzrə əlavə işçi qüvvəsi ayrılacaq.
 
Həmçinin “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər diqqətdə saxlanılacaq, müvafiq nəzarət mexanizmləri tətbiq olunacaq.
 
Ümumən gün ərzində qatarlar yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Futbol oyununa azarkeş marağını nəzərə alaraq, görüş yekunlaşdıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün əlavə tədbirlər görüləcək.
 
Ehtiyac yaranacağı halda, əlavə ehtiyat qatarlar xəttə buraxılacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də