Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident ilk dəfə xalq qurultayını çağırdı - FƏRMAN

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkə tarixində ilk dəfə olaraq xalq qurultayının çağırılması haqqında fərman imzalayıb.
 
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, xalq qurultayı ictimai inkişaf istiqamətləri üzrə ictimai-təmsilçiliyə əsaslanan məsləhətçi, müşahidəçi yığıncaqdır. Məlumata görə, Prezident bu addımı milli həmrəyliyi daha da möhkəmlətmək, vətəndaş cəmiyyətini konsolidasiya etmək və respublikada sosial səfərbərliyi təşviq etmək məqsədilə atıb.
 
Birinci xalq qurultayı 2022-ci il noyabrın 25-də Bişkekdə keçiriləcək. Respublikanın dövlət katibi Suyunbek Kasmambetov təşkilat komitəsinin rəhbəri seçilib.
 
Məlumat üçün bildirək ki, Qırğız Respublikasının qanunvericiliyinə uyğun olaraq xalq qurultayı məşvərətçi orqan statusuna malikdir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də