Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Eynulla Fətullayev: “Facebook-umu bağlaya, jurnalistikadan gedə bilərəm”

“Haqqın.az” saytının rəhbəri, tanınmış jurnalist Eynulla Fətullayev deputat Sevinc Fətəliyevanın müfadiəsinə qalxıb.

E.Fətullayev deyib ki, deputata qarşı Facebook sosial şəbəkəsində aparılan kampaniyanın günahkarları tapılıb cəzalandırılmasa, jurnalistikadan gedə bilər.

“Hüquq-mühafizə orqanları deputat Sevinc Fətəliyevaya qarşı baş vermiş cinayətin üstünü açmasalar Facebook profilimi bağlayacam... Hətta jurnalistikadan getmək haqqında da düşünəcəm. Çünki üstümüzə böyük mənəvi terror gəlir... Gözləyək görək…”, - deyə E.Fətullayev yazıb.

Xatırladaq ki, bir neçə gündür Facebook-da deputat Sevinc Fətəliyevanın adından diqqəgtçəkən bir sitat paylaşılır. Sitatda deyilir: "Bəzən sosial şəbəkələrdə deputatlara qarşı elə fikirlər səslənir ki, utandığımdan 2-3 gün evə getməyib oteldə qalıram".

Sevinc Fətəliyeva sosial şəbəkələrdə onun adından yayılan fikirləri təkzib edərək, belə bir ifadə səsləndirmədiyini bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də