Əfqanıstanın keçmiş dövlət başçısı Əşrəf Qani bir il əvvəl "Taliban" hakimiyyətə gələndə ölkədən qaçma səbəbini açıqlayıb.
Sabiq prezident ilk dəfə bu barədə CNN-ə müsahibə verib.
“Buna səbəb "Taliban" hərəkatının hökumətin legitimliyi haqqında sənədi məcbur imzalatdırması olub. Mən heç vaxt ölkəni tərk etmək fikrində olmamışam. Külli miqdarda pulla Əfqanıstandan çıxmağım da yalandır”,- keçmiş prezident vurğulayıb.
Qeyd edək ki, ötən il avqustun 15-də Əfqanıstanın o zamankı prezidenti Əşrəf Qani vitse-prezident və digər yüksək vəzifəli məmurlarla birlikdə ölkədən qaçmışdı. Bundan sonra Əfqanıstanda hakimiyyət "Taliban"a keçib.