Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Neftçi” “Kəpəz”i məğlub etdi

Futbol üzrə Misli Premyer Liqasının ikinci turuna “Bakcell Arena”da keçirilən “Neftçi”–“Kəpəz” oyunu ilə yekun vurulub.
 
Baş hakim Nicat İsmayıllının idarə etdiyi oyunda paytaxt təmsilçisi rəqibini 5:2 hesabı ilə məğlub edib.
 
Neftçinin heyətində qolları Solomon Kverkveliya (11), Qodsvey Donyo (12), Kenni Sayef, (15), Eddi İsrafilov (51), Yeqor Boqomolski (89), "Kəpəz" komandasında isə Abdullahi Şuaybu (57) və Nicat Süleymanov (90+3) vurublar.
 
Xatırladaq ki, komandalar arasında baş tutmuş son üç görüşdə “Neftçi” qalib gəlmişdi. “Kəpəz” isə son dörd səfər qarşılaşmasında qol vurmamışdı.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də