Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Peşə təhsili almaq istəyənlərin statistikası

2022/2023-cü tədris ili üçün peşə təhsil müəssisələrinə qəbul olunmaq üçün 22 min 16 nəfər müraciət edib.
 
Bu barədə  Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, builki müraciət sayı ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48 faiz çoxdur.
 
Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə elektron tələbə qəbulunun I mərhələsinə avqustun 1-də start verilib, avqustun 12-dək davam edib. Qəbul 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılıb.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də