Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasında görüşə bilərlər.
Bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Bildirilib ki, prezidentlərin görüşü sentyabrda baş tuta bilər.
“Türkiyənin ABŞ-dan F-16 alması ilə bağlı danışıqlar davam edir. Gələn ay Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Bayden arasında mümkün görüş zamanı bu məsələ müzakirə olunacaq”, - deyə xəbərdə qeyd olunub.