Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda yaşayış binası sökülür - FOTOLAR

Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb.
 
Söhbət Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binadan gedir. Binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.
 
Qeyd edək ki, həmin ünvanda yerləşən binalardan biri artıq bir neçə ay əvvəl sökülüb. Ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. İlkin mərhələdə beş, növbəti mərhələdə isə altı binanın söküləcəyi gözlənilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də