Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İkinci qrupda 600-dən yuxarı bal toplayanların SAYI

Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında ikinci ixtisas qrupu üzrə 143 nəfər 600-dən yuxarı bal toplayıb.
 
Bu barədə məlumat ikinci ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. Bildirilib ki, bunlardan 138 nəfər Azərbaycan bölməsi, 5 nəfər isə rus bölməsinə aiddir.
 
Xatırladaq ki, ikinci qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
 
İkinci ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması cədvəlləri ilə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada tanış olmaq olar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də