Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qəbələdə yol qəzası ölümlə nəticələndi

Qəbələ rayonunda ağır yol qəzası olub.
 
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
 
Belə ki, avqustun 12-də saat 15 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində Vəndam qəsəbə sakini Aslan Şirazovun idarə etdiyi “Chevrolet” markalı və Uludağ kənd sakini T.Rəhimovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən A.Şirazov orada ölüb.
 
Qəza ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də