Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya Zaporojyeni partlada bilər - Ukrayna fəlakətlə üz-üzə

"Zaporojye AES-i terrorçular ələ keçiriblər, onlar öz texnikalarını həmin əraziyə aparıblar. Əgər biz indi orada onlarla məsələni həll etməyə başlasaq, ehtimal var ki, stansiyanın partladılmasına qərar verəcəklər".
 
Bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
 
“Allah eləməsin, orada hansısa nüvə fəlakəti baş versə, deyə bilərəm ki, bu, Çernobılda baş verənlərdən daha dəhşətli olacaq. Çünki Zaporojye Avropanın ən böyük atom elektrik stansiyasıdır, orada altı nəhəng enerji bloku var”, - Danilov vurğulayıb.
 
Onun sözlərinə görə, indi bütün dünya Rusiya işğalçılarının stansiya ərazisini tərk etməsini və AES-in Ukraynanın nəzarətinə keçməsini tələb etməlidir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də