Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rayonlarda un qıtlığı: Səbəb nədir? - VİDEO

Son vaxtlar unun qiymətinin bahalaşacağı haqda gəzən xəbərlərin ardınca ölkəmizin bir sıra bölgələrində un qıtlığı yaranıb.
Bu barədə “Xəzər xəbər”in süjetində bildirilib.
 
Qeyd olunub ki, Zaqatala, Balakən, Qax, Şəki rayonlarında son 1 həftədir ki, un qıtlığı var. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar.
 
Satıcıları unu digər rayonlarda un istehsal edən iri dəyirmanlardan tədarük edirlər. Hazırda isə bu dəyirmanlardan bilinməyən səbəblərdən bir həftədir ki, un gəlmir.
 
Sakinlər isə unun olmamasını qiymətinin qalxacağı ilə əlaqələndirdilər.
 
Şimal qərb bölgəsini unla təmin edən MMC-nin Şəki bölməsindən bildirildi ki, respublikada bütün dəyirmanlarda, o cümlədən bu dəyirmanda da ildə bir dəfə profilaktiki sazlama, dezinfeksiya, tədbirləri aparılır. Bu oxşar müəsisələrdə mərhələlərlə aparılır ki, una təlabat pozulmasın. Müəssisədə bütün tədbirlər artıq başa çatıb və buğda tədarükünə başlanıb.
 
Həmçinin qeyd edilib ki, dəyirman bölgədə olan un tələbatını tam ödəyir. 
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də