Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq - Nazir

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Türkiyə enerji sahəsində Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq.
Fatih Dönməz bunu onunla əsaslandırıb ki, Ankaranın Moskva ilə qaz tədarükü üçün etibarlı müqaviləsi var.
 
"Biz əvvəldən bəyan etmişik ki, Rusiyaya qarşı sanksiyalara əsaslanan qərarları icra etməyəcəyik. Bizim Rusiya ilə etibarlı müqaviləmiz var. Azərbaycan və İranla da etibarlı müqaviləmiz var. Onlarla əlaqə saxlayırıq, lazım gələrsə, tədarükləri artıra bilərik... Ötən il təxminən 59-60 milyard kubmetr təbii qaz istehlak etmişik. Bu il də istehlakın eyni tempdə olacağını düşünürük. Təbii ki, bu istiqamətdə mövsümi dalğalanmalar var. BOTAŞ-ın (Türkiyənin dövlət neft-qaz şirkəti) əvvəlki illərlə müqayisədə məlumatları var. Buna uyğun olaraq tədarük planlaması edirik. Təchizatçılar daşınma planına əməl etsələr, heç bir problem olmayacaq”, - Dönməz jurnalistlərə deyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də