Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gün ərzində azı 3-4 litr su için - Həkim

"Bəzi insanlar qışa nisbətən yayda daha tez-tez xəstələnir. Çünki qış fəslində hər birimiz havaya uyğun olaraq qalın geyinir, isti maye qəbul edirik. Lakin yay fəslində isə əksinə, nə qidamıza, nə də geyimimizə diqqət yetiririk. Əksər insanların evində və ofisində daimi olaraq kondisioner işləyir. Bütün bunlar son nəticədə yayda soyuqdəymə hallarının artmasına gətirib çıxarır".


Bunu Kliniki Tibbi Mərkəzin həkim-terapevti Rəhilə Əliyeva deyib.
 
Həkim-terapevt bildirib ki, yayda tez-tez xəstələnməmək üçün ilk növbədə günəş şüalarının uzunmüddətli təsirindən uzaq durmaq lazımdır:

"Bu qayda kondisionerdən çox istifadə edənlər üçün də keçərlidir. Əsas diqqət etməli məsələlərdən biri də bədənin suya olan tələbatını qorumaqdır. Bu aylarda qışa nisbətən bədənin daha çox su itirdiyini nəzərə alsaq, mütləqdir ki, gün ərzində ən azı 3-4 litr su içilsin. Lakin suyu çox soyuq halda içmək məsləhət görülmür. Həddən çox soyuq halda qəbul edilən su və digər mayelər zaman-zaman orqanizminizdə ciddi problemlər yaradır".
 
R.Əliyeva qeyd edib ki, istifadə etdiyimiz ərzaqların təzəliyinə də fikir verməliyik:

"Çünki yayda ərzaqlar daha tez xarab olur. Yayda zəhərlənmə və tez-tez xəstələnmə səbəblərindən yayınmaq üçün bu qeydlərə hər kəs mütləq əməl etməlidir".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də