Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lənkəranda karantin rejimini pozanlar cərimələnib






Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəranda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin rejiminin qaydalarını kobud şəkildə pozaraq rayonun Kərgəlan kəndi ərazisindəki qapalı zalda futbol oyunu təşkil edən 10 nəfər rayon sakini müəyyən edilib. Həmin şəxslər Lənkəran ŞRPŞ-yə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar. Obyektin sahibi V.Yusubov barəsində toplanmış materiallar isə baxılmasından ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də