Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukraynanın borcları 2024-cü ilə qədər donduruldu

Ukraynanın kreditorları ölkənin avrobond üzrə ödənişlərini 2024-cü ilə qədər dondurmağa razılaşıblar. Ukraynanın xarici borcunun 75%-i avrobondların payına düşür. 
Bu barədə məlumat Ukrayna Maliyyə Nazirliyinin saytında dərc olunub.
 
“Təklifimizi qəbul etdikləri üçün investorlara minnətdarıq. Rəsmi dövlət sektoru ilə yanaşı, özəl investor icmasının Ukrayna ilə göstərdiyi həmrəylik sayəsində biz müharibə şəraitində ölkənin dövlət büdcəsinin ehtiyaclarını ödəyə və dövlət maliyyəmizin davamlılığını qoruya biləcəyik”, - deyə nazirlikdən bildirilib.
 
"Bloomberg"in verdiyi məlumata görə, Ukraynanın xarici borcu 19,6 milyard dollardır, ödənişlərin dondurulması qərarı Kiyevə 2024-cü ilə qədər borc xidmətində ödənilməli olan 5,8 milyard dollara qənaət etməyə imkan verəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də