Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qadın idmançılarımız İslamiadanın yarımfinalında

Azərbaycan taekvondoçuları V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəliblər.
 
Fəridə Əzizova qazaxıstanlı rəqibini 2:0 hesabı ilə məğlub edib, Patimat Abakarova isə nigeriyalı rəqibi üzərində nokautla erkən qələbə çalıb.
 
Bu gün Oyunlarda Azərbaycan idmançılarının bir “qızıl”, “gümüş” və “bürünc” medalları var.
 
Xatırladaq ki, bu gün Azərbaycan idmançıları Oyunlarda stend atıcılığı, atletika, taekvondo, güləş, voleybol, həndbol, para-üzgüçülük, para-atıcılıq, stolüstü tennis və gimnastika üzrə yarışırlar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də