44 günlük müharibə zamanı Qarabağda öldürülən erməni hərbçilərinin valideynləri və yaxınları Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında növbəti dəfə etiraz aksiyasına başlayıblar.
Erməni valideynlər həm müdafiə naziri, həm də onun müavini ilə görüş tələb edirlər.
Onlar bildiriblər ki, oğullarının hansı şəraitdə öldürüldüyü üzə çıxarılmalı və günahkarlar cavab verməlidir.
"Axşama qədər burada qalacağıq. Hazırda tələblərimizdən biri nazir və nazir müavini ilə görüşdür", - etirazçılar deyiblər.