Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Eks-deputat Putinin məşuqəsilə bağlı “sirləri” AÇDI

Rusiyanın məşhur gimnastı Alina Kabayeva Prezident Vladimir Putinin nə məşuqəsi, nə həyat yoldaşı, nə də övladlarının atasıdır.
 
Bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı, iş adamı İlya Ponomarev mediaya müsahibəsində deyib.
 
O, Putinin Kabayeva ilə bağlı şəxsi münasibətinə dair mifin necə ortaya çıxdığını açıqlayıb.
 
Ponomarevin sözlərinə görə, dövlət başçısı ilə gimnast arasında sevgi münasibətinin olması haqda şayiələri 2008-ci ildə “Moskovski Komsomolets” qəzetinin rəhbəri Aleksandr Lebedev yayıb. Sonra o, Putin və Kabayevanın toyunun olması barədə növbəti xəbəri tirajlayıb. 
 
"Putin buna son dərəcə mənfi reaksiya verdi və ardınca Lebedev tezliklə qəzetin bağlandığını elan etdi" - sabiq deputat vurğulayıb.
 
Qeyd edək ki, Alina Kabayeva son illər ərzində nadir hallarda ictimaiyyət qarşısında görünüb. Onun İsveçrəyə köçdüyü, orada yaşadığı deyilir.
 
Kabayeva bədii gimnastika tarixinin ən çox medal qazanan gimnastlarından biridir. O, iki dəfə olimpiya çempionu olub, 14 dünya çempionatında və 21 Avropa çempionatında medal qazanıb. Uzun illərdir ki, Kabayeva xarici KİV-lərdə Rusiya Prezidentinin məşuqəsi kimi təqdim olunur. Hətta onların bu münasibətdən iki oğul övladlarının dünyaya gəldiyi deyilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də