Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Millimiz Türkmənistanla qarşılaşacaq

Bu gün Bakıda təlim-məşq toplanışına start verəcək futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.
 
Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, yığma avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistan seçməsi ilə üz-üzə gələcək. Hər iki qarşılaşma saat 18:00-da start götürəcək.
 
Baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə daha çox milliyə namizəd oyunçuları dəvət edib.
 
Qapıçılar: Emin Kürdov (klubsuz), Azər Fərmanov ("Araz-Naxçıvan"), Zaur Sultanov (U-19);
 
Oyunçular: İsa Atayev, Xətai Bağırov (hər ikisi “Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı "Neftçi" İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə ("Baku Fire").
 
Qeyd edək ki, təlim-məşq toplanışı avqustun 20-də başa çatacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də