Baş Prokurorluğun nəzərinə - ŞİKAYƏT
Baş Prokurorluğun nəzərinə: Hüquqi-təşkilatı forması publik hüquqi şəxs olan Beyləqan rayon Mərkəzi Xəstəxanasının direktoru Nürəngiz Bəşirova 2005-ci və 2017 ci illərdə hansı ki, o, Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi işləyərkən çoxsaylı yeyintilərə, korrupsiya cinayətlərinə rəvac verib.
2005-ci ildə Ağcabədi Rayon Prokurorluğunda Nürəngiz Bəşirovaya və xəstəxananın bir neçə işçisinə qarşı Cinayət Məcəlləsinin 179.2.3. (öz qulluq mövqeyindən istifadə etmək) və 313. (vəzifə saxtakarlığı) maddələri üzrə cinayət işi açılmışdı. Məlumata görə həmin cinayət işində Nürəngiz Bəşirova doğulmayan uşaqların adına saxta sənəd hazırlamaqla onlara ayrılan müavinətləri mənimsəməkdə ittiham olunub. Hətta istintaqın yekununda təqsirilənənlərə yeni iddihamların irəli sürüldüyü də bildirilir.
Ancaq Xocavənd icra başçısı Eyvaz Hüseynovun çoxsaylı mücadilələrindən sonra Ağcabədi Rayon Prokurorluğunun Nürəngiz Bəşirovaya açmış cinayət işi çox çətinliklə ört basdır edilir. Lakin 2017-ci ildə Nürəngiz Bəşirovanın sağlamlığı ilə bağlı problemin yaranması və müalicə kusu keçdiyi bir vaxtda Xocavən Mərkəzi Xəstəxanasında aparılan yoxlamada yenə də ortaya ciddi maliyyə mənimsəmələrinin çıxdığı bildirilir. Vəziyyətin ciddiliyini anlayan icra başçısı Eyvaz Hüseynov məcburən Nürəngiz Bəşirovanı işdən çıxartmalı olur və bu dəfə də Mərkəzi Xəstəxanada aşkar edilən maliyyə pozuntuları icra başçısı tərəfindən çox çətinliklə də olsa ört basdır edilir. Və ondan ir neçə il sonra Nürəngiz Bəşirova yenidən Xocavənd rayon xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilir. Bu da olduqca çox müəmmalı bir təyinat prosesi olur. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə barəsində cinayıt işi açılan N. Bəşirova necə olur ki, bir müddətdən sonra yenidən baş həkim vəzifəsinə qaytarılır.
Bir müddətdə Xocavənd rayon xəstəxanasının baş həkimi işlədikdən sonra müəmmalı təyinatla o, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində təyin edilir. Onun Beyləqan xastəxanasındakı fəaliyyəti isə daha çox səs-küyə səbəb olur. Burda onun qılncının, necə deyrələr, dalıda, qabağıda kəsir. O, Beyləqan mərkəzi xəstəxanasını, sözün əsl mənasında “kriti”yə çevirir. O, burda “gestapo rejimi” yaradır. Daxili Mühafizə Xidməti, özünə şəxsi can güdən və s və ilaxır qurub yaradır.
Xocavən rayon xəstəxanasında işləyərkən adı bir çox qanunsuz işlərdə, korrupsiya hüquqpozmalarında çəkilən N. Bəşirova bu gün də həmin ənənələrini Beyləqan xəstəxanasında həyata keçirir. İndi də Beyləqan MRX-nın balansına verilən təcili yardım maşınlarına verilən yanacaqlar satılır. Kim satır, niyə satır, nə məqsədlə satır, bax o maraqlıdır.
Belə ki, ötən yazımızda Beyləqan polis şöbəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində Beyləqan rayon xəstəxanasında yanacaq satan oğruların cinayət başında yaxalandıqları, 8 nəfərin saxlanıldığı və barələrində cinayət işi başlanıldığı barədə ictimaiyyətə kifayət qədər məlumat dərc etmişdik. Həmçinin həmin yazımızda Beyləqan rayon prokurorluqda ifadə verən təcili yardım xidmətinin sürücüləri ifadələrində direktor Nürəngiz Bəşirovanın onlara sığorta pulunu, əlavə xərcləri vermədiyinə görə ehtiyac üzündən bunu etmək məcburiyyətində qaldıqlarını da yazmışdıq.
Hətta məlum yanacaq oğurluğu hadisəsindən ciddi surətdə narahat olan N.Bəşirova “sudan duru çıxmaq” üçün çabalar göstərərək, havadarlarına ağız açaraq onlardan kömək umduğunu da...
Həmçinin onu da yazımışdıq ki, məlum yazımızın üzərindən qısa vaxt keçməsinə bağmayaraq N.Bəşirovanın yaxın ətrafında olan adamları dövriyyəyə belə bir qeyri-ciddi informasiya buraxdılar ki, güya direktor xəstəxanadan yanacaq oğurlanması faktından heç də xəbərsiz olmayıb, necə deyərlər, oğurluq faktı barədə hüquq-mühafizə orqanlarına məlumatı onun özü verib.
Əslində bunun nə qədər absurd bir fikir olduğunu hamımız bilirik. Belə bir fikirin ortaya atılmasının əsas mahiyyəti isə ondan ibarətdir ki, rayon prokurorluğu Nürəngiz Bəşirovanı bu adla məsuliyyətdən kənarda saxlamasıdır. Və əldə etdiyimiz məlumata görə də N. Bəşirova bu işdən qurtulmaq üçün gərəkən pul da xərcləməyə hazırdır.
Qeyd edilir ki, N. Bəşirova istəmir ki, adı ikinci dəfə istintaq orqanlarında hallansın. Çünki yuxarıda qeyd etdiyim kimi ona 2005-ci ildə Ağcabədi Rayon Prokurorluğunda cinayət işi açılıb. Ona görə də Bəşirova hər vəchlə səy göstərir ki, heç olmasa bu dəfə adını təmiz saxlaya bilsin.