Gömrük generalları yenə gündəmdədi... Müzakirə olunan mövzu gömrük general-polkovniki Səfər Mehdiyevin xidməti vəzifəsini yerinə yetirən yol polisini təhqir edən videosudur. O Səfər Mehdiyev ki, hələ 7-8 ay əvvəl mətbuata gömrük sistemində korrupsiya faktları aşkarlanacağı təqdirdə istefa verəcəyini bəyan etmişdi. Və... mıxı mismara döndərən Allah var! Gömrükdə zəlzələ effekti doğuran elə bir korrupsiya faktları aşkara çıxdı ki... Di gəl, Mehdiyevin istefa verməyə nə mədəniyyəti çatdı, nə də cəsarəti..
Zəlzələ effekti doğuran korrupsiya faktının isə bu vaxtadək analoqu yox idi: Dövlət Təhlükəsizliyi Xidmətininin həyata keçirdiyi əməliyyat nəticəsində hamıya əyan oldu ki, Gömrük Komitəsinin Baş İdarə rəisi, gömrük general-mayoru Məsum Rəsulov qurumun digər vəzifəli şəxsləri ilə əlbir olaraq Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən əsgərlərinə paylanılmaq üçün nəzərdə tutulan siqaretləri satdırırmış... DTX-nın komitədə üzə çıxardığı digər korrupsiya faktları bir yana qalsın, təkcə elə bu rəzalətə görə Səfər Mehdiyev istefa verməli yox, general şərəfi naminə özünü güllələməli idi...
General şərəfi... Bu ifadə özünü poqon daşıyan şəxslər üçün həmişə böyük anlam sayılıb. “Poqonluların yazılmamış qanunları”na görə, əsl general şəxsinə qarşı hansısa aşağılanmanı, rütbəsinin geri alınmasını, rüşvət və korrupsiyada ittiham olunmasını öz şərəfinə sığışdırmamalıdır.
Əsl general müharibə şəraitində heç vaxt təslim olmamalı, əsir düşməməlidir, ya sonacan vuruşub həlak olmalı, ya da əsir düşməmək üçün özünü güllələməlidir. Tarixdə belə faktlar kifayət qədərdi…
Rütbəsini və daşıdığı poqonu hər şeydən uca tutan yüksək çinli zabitlər həmişə bu kimi hallarda intihara üstünlük veriblər.
Əsl generallar biabır olmamaq üçün intihar yolunu seçərkən özlərini zəhərləmir, yaxud da asmırlar...
Onlara özlərinin tabel silahlarını gicgahlarına dirəyib, sadəcə bircə atəş açmaq kifayət edir. Vəssalam.
General rütbəsinə qədər, uzun illər boyu qazandıqları şərəfi buraxdıqları səhvə qurban verməmək üçün, günahlarını gülləylə yuyurlar. Və elə general kimi də dünyadan köçürlər. Sonradan heç bir prokuror təqdimatı, məhkəmə qərarı onları general rütbəsindən məhrum edə bilmir.
Çox uzağa getməyək: bir neçə il öncə Türkiyədə adı “Ergenekon” və “Balyoz işi”ndə hallanan xeyli yüksək rütbəli zabit vəzifədən çıxarılmasına və rütbəsinin aşağı salınmasına etiraz əlaməti olaraq intihar etmişdi. Onlar bu addımla zabit şərəfini üstün tutduqlarını nümayiş etdirmişdilər.
Generallar buraxdıqları hansısa səhvlərlə bağlı (istər sülh dövrü olsun, istərsə də müharibə şəraiti) ona görə özlərini güllələyirlər ki, uzun illər qazandıqları şərəf, namus, vicdan, heysiyyatlarının alçaldılmasını görməsinlər.
Bu o deməkdir ki, əsl general etdiyi günahı özü yumalıdır. Sadəcə, öz silahıyla və bircə gülləylə.
Bəli, general olmaq çox çətin, şərəfli bir işdir. Bu rütbəyə çatana qədər uzun, məşəqqətli bir yol keçməlisən.
Bəs Azərbaycanda necə, general rütbəsinə yüksələnlərin hamısı uzun və məşəqqətli yol keçiblərmi? Təcrübə deyir ki, xeyr!
Azərbaycan təcrübəsi göstərdi ki, generallar müxtəlifdir. Var əsl generallar, bir də var general forması geyinib adı general çağrılanlar.
Gömrükdəki faktlar sübut etdi ki, bizim generallların hamısı o zabit mundirini geyinməyə layiq deyil. Bir çoxu general forması geyinib adı general çağrılanlardı... Ya da ölkəmizin ən gözəl guşələrində birində deyildiyi kimi, donqili generallardı...
Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsindən azad edilən gömrük general-mayoru Ehtiram Xəlilov, komitənin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırılan gömrük general-mayoru Məsum Rəsulov kimi...
Həbs olunan gömrük generalları...
Onlar bu rütbəni soyuq səngərlərdə deyil, isti və rahat kabinetlərindəki yumşaq kreslolarda yayxanaraq alıblar. Həm də dövlət büdcəsini talamaqla, xalqa qənim kəsilməklə, iş adamlarını, sahibkarları incitməklə, külli miqdarda rüşvət almaqla...
Generalı da həbs edərlərmi?.. Bu ağlasığmaz bir şeydir. Amma Azərbaycanda generallar həbs edilir... Etdikləri günahlara görə... General da korrupsiyaya bulaşarmı?.. Təəssüf ki, bizimkilər arasında bulaşanlar az deyil...
General şərəfini ləkələyən bu şəxslərdən hansınınsa intihar edə biləcəyi ağlımızın ucundan belə keçmir...
Onlar general şərəfini ləkələyib, zabit nüfuzuna xələl gətirdilər, heç “uf” da demədilər... Onlar nə bilir general şərəfi, zabit adı nədir... O ki qala intihar etsinlər...