Mingəçevirdə hansı məmurun səhvindən yazırsan, o, saat hamı tökülüşür ki, bundan yazma
Mingəçevirdə hansı məmurun səhvindən yazırsan, o, saat hamı tökülüşür ki, bundan yazma. Sən bilmirsən filankəs müharibə vaxtı filan işləri görübdür. Bəs bu şəxsin kiçik bir səhvinə görə onu qaralamaq olmaz onun çox yaxşı işləri var. Əla məndə sizinlə razı bir kiçik məqamıda mən qeyd edim ki, qəlbində vətən, xəlq və millət sevgisi olan insan pis adam ola bilməz. İndi isə diqqətlə oxuyun. Mustafayev Şəhriyar ll Qarabağ müharibəsi zamanı döyüşlər gedən yerlərə sayı hesabı olmayacaq qədər maşınlarla əsgərlərimizə sipər olması üçün öz vəsaiti hesabına təkərlər (şinlər) göndəribdir və başqaları kimi gördüyü işləri mətbuat da işıqıandırılmasını da istəməyibdir. Biz çəkmək istəyəndə isə deyibdir ki, çəkməyin mən nə edirəmsə vətən və vətənimizin keşiyində duran əsgərlərimiz üçün edirəm. Amma indi Şəhriyar müəllimin yaxşı əmələrində bir kəlimə belə yazmayanlar guya indi haqqı deyənlər olublar. Amma sadəcə şəhər əhalisi arasında "reytinq" qazanmaq üçün şər-böhtan atmaqdan belə çəkinmirlər. Siz bir dəfə Şəhriyyar müəllimlə üz üzə oturun biraz söhbət edin, onun necə qəlbə sahib olduğunu bilin. Görək ondan sonra düşünülməmiş yazdığınız statusları yazacaqsınız? İnanın ki, vicdanınız imkan verməz. Bir daha düşünün...