Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeni məktəbli formaları BU TARİXDƏN satışa çıxarılır

Məktəblərin açılmasına bir aydan artıq vaxt qalıb. Bu məqamda yeni məktəbli formaları ilə bağlı yekun məlumatların olmaması məktəbliləri və valideynlərini ciddi düşündürür. 
 
Bu barədə  danışan “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov bildirib ki, tikiş üçün parçalar ölkəmizə gəlib və artıq tikilişə başlanılıb. E.Əzimovun sözlərinə görə, təxminən avqustun 15-dən yeni məktəbli formalarının satışına başlanılacaq.
 
Qiymətlərə gəlincə, satış müdiri hələlik bu barədə dəqiqləşmə aparılmadığını deyib:
 
“Məktəbli formaları satışa çıxarılanda qiymətləri dəqiq bilinəcək. Qiymətlərin müəyyənləşməsində daşınma xərcləri, vergilər, rüsumlar da rol oyanayacaq. Çünki təzə formalar, polo tipli köynəklər yüz faiz pambıqdır, şalvarlar, ətəklər isə 40 faiz polestir, 60 faiz yundur. Bunlar hamısı bahalı materiallardır. Ona görə qiymətlər əlbəttə baha olacaq”.
 

 
E.Əzimov onu da qeyd edib ki, tikiş evi sifariş qəbul etmir:
 
“Bizim işimiz istehsaldır. Tələbat nə qədər çox olacaqsa, o qədər də tikəcəyik. Bütün formalar eynidir, məktəblərə yalnız rəng seçimi verilir. Biz özümüz məhsulları iki rəngli istehsal edib satışa çıxaracağıq. İsti hava üçün qolsuz polo tipli köynək, ətək və şalvar. Qışda isə uzun qol köynəklər də tikiləcək. Əsas rənglər ağ-göy, bir də mavi-bozdur. Yəni ağ polo ilə göy şalvar və ətək dəsti, bir də mavi polo ilə boz şalvar və ətək dəsti olacaq”, - deyə E.Əzimov qeyd edib.
 
Xatırladaq ki, bir müddət əvvəl Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. 2022/2023-cü tədris ilindən tətbiq ediləcək qərara əsasən, hazırkı geyim formaları tədris ilinin sonunadək istifadədə olacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də