Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu gün "Qarabağ" "Səbail"ə qarşı oynayacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün birinci turun növbəti oyunu baş tutacaq.
 Son çempion "Qarabağ" "Səbail"lə mübarizə aparacaq. FIFA referisi Rauf Cabbarovun idarə edəcəyi görüş "Azersun Arena"da saat 20:00-da başlayacaq.
 
Bu qarşılaşmada "Qarabağ"ın 2 aparıcı futbolçusu - müdafiəçilər Maksim Medvedevlə Kevin Medina zədə səbəbindən iştirak etməyəcəklər.
 
Ölkə çempionatında komandalar indiyədək 19 dəfə üz-üzə gəliblər ki, bunların da 15-i Ağdam klubunun, 2-si paytaxt təmsilçinin xeyrinə başa çatıb, iki qarşılaşmada isə qalib müəyyənləşməyib. “Qarabağ” topların nisbətində aşkar üstünlüyə malikdir (38:7).
 
Ağdam klubu son 6 ev oyununda qələbə qazanıb, son 4 oyunda üç və ya daha çox qol vurulub.
 
Oyunu hakimlər Rauf Cabbarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı, VAR hakimi Fərid Hacıyev, VAR hakiminin köməkçisi Cəmil Quliyev, hakim-inspektor Babək Quliyev idarə edəcəklər.
 
Qeyd edək ki, mövsümün ilk qarşılaşmasında "Zirə" "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. Tura avqustun 7-də keçiriləcək "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və avqustun 8-də oynanılacaq "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də