Son zamanlar bəzi terrorçular din pərdəsi altında gizlənərək ölkəmizə qarşı təxribatlara əl atırlar. Özünü “Mehdinin nökərləri “ yaxud başqa adlarla təqdim edən bu qruplar insanların dini hisslərini özlərinin mənfur niyyətlərinin parçasına çevirirlər. İslam kimi sülhün carçısı bir dini təfriqələri ilə bir növ parçalanma savaş dini kimi göstərirlər.
Bəs, Azərbaycanı bölmək istəyənlər kimidirlər, haradan qidalanırlar ?
Bu barədə danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Bu qüvvələrin haradan qidalandığı əslində məlumdur:
“Sosial şəbəkələrə diqqət edilsə, mövcud olan qruplardan onların kim olduğu aydın görünər. Bunlar Azərbaycan cəmiyyətini məqsədyönlü şəkildə təhdid edən ləyaqətsiz “Mehdinin nökərləri”, yaxud başqa ölkələrin maraqlarına xidmət edən adamlardır. Burada məsələ yalnız bir dövlətlə və ya məzhəblə bağlı deyil. Hansı məzhəbdən olur-olsun qruplar hansısa xarici dövlətlərin kəşfiyyatının əlində oyuncağa çevrildikdə Azərbaycan dövləti üçün problemə çevrilməyə başlayırlar. Ona görə də biz bu məsələdə dövlətin maraqlarını qorumalıyıq”.
Bu tip qruplar daxildə Azərbaycan polisinin haqlı dövlətçilik maraqlarından çıxış edərək atdığı addımların qarşısında güc gətirməyərək, xaricdən dəstək almağa üstünlük verirlər:
“Londonda səfirliyimizə edilən hücum həmin xaricdən dəstəyin bir nümunəsi idi. Ona görə də bunlar kiminsə xidmətçiləri deyil, nökərləridir. Bütövlükdə bu nökər sürüsü Azərbaycanı daxildən yıxmaq üçün mina rolunu oynayırlar. Bizim də bir çox qurumların səriştəsizliyi belə vəziyyət yaradıb ki, bunlarla ancaq Azərbaycan polisi və xüsusi xidmət orqanları fədakarlıq göstərərək mübarizə aparırlar. Ancaq cəmiyyəti səfərbər edə bilmirlər. Cəmiyyətin isə səfərbər olmağa potensialı var. Çünki Azərbaycanda 44 günlük savaşdan sonra insanların bayraq məsuliyyəti daha da artıb. Amma cəmiyyətin səfərbər olmaması nəticəsində sosial şəbəkələrdə o şərəfsizlərin sayı qat-qat çoxalıb. İstənilən şəkildə şəbəkələşib hücum edə bilərlər. Diqqət edirsinizsə, illərdir biz bunlarla vuruşuruq. Bunların hədəfinə çevrilmişik. Amma biz bu dəstəyi yetərincə ala bilmirik. Heç öz dövlət orqanlarımızdan da bu dəstəyi layiqincə ala bilmirik”.
Deputatın sözlərinə görə, ancaq hamılıqla bu məsələdə fədakarlıq göstərilsə, nəticə yaxşı olacaq:
“Bu qorxaqlar hay-küy salmağı bilir. Amma bu vətən təəssübünü çəkən insanların hamısı fədakarlıq göstərsə, qorxub gizlənəcəklər. Buna görə də, birlikdə cəmiyyəti səfərbər etməyin yollarını tapmalıyıq. Azərbaycanın düşünən insanları müzakirə etsələr, bunun yolunu necə tapmağı bacaracaqlar. Sadəcə bunu kimə deyəsən, kim bu işin müəyyən dərəcədə fədakarlığını edəcək, bunu bilmək lazımdır. Bunu görmədiyimiz üçün açığı, biz də müəyyən dərəcədə gözləmə mövqeyini tuturuq ki, görək məsləyə nə vaxt ciddi yanaşılacaq”.