Məşədi Dadaş Məscidində inanclı insanlar Məhərrəm ayı münasibətilə keçirilən ibadətə Azərbaycan bayrağı ilə qatılıblar.
Dindarlar bu addımı Azərbaycanın Londondakı səfirliyinin binasındakı təxribata cavab olaraq atıblar. Mərasimdə şəhid ailələri də iştirak edib.
Sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanan bu addıma görə, istifadəçilər məscidin imam-camaatı Hacı Şahin Həsənliyə təşəkkür ediblər.
Qeyd edək ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.
Hücuma görə məsuliyyəti Londonda mənzillənən "The Mahdi Servants Union" (Mehdinin qulluqçuları) adlı radikal dini qruplaşma öz üzərinə götürüb.