Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Şimşək S” PUA-larla mübarizə sistemləri






Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə artıq yeni zəfər tariximizi zamanlara həkk etdi. 44 gün davam edən müharibənin müvəffəqiyyətində Azərbaycan Ordusunun ixtiyarında olan pilotsuz uçuş aparatlarının (PUA) böyük rolu olub. PUA-larla yanaşı, bu müharibədə istifadə edilən digər texnoloji avadanlıqların da əhəmiyyətini etiraf etmək lazımdır.

İnnovasiyalar Agentliyindən Azvision.az -a bildirilib ki, bunlardan biri də "Qroza- S" (Şimşək-S) - PUA-lar ilə mübarizə sistemləridir. Belarus Respublikasının "KB Radar” sənaye şirkətinin istehsal etdiyi “Şimşək-S” kompleksi yüngül və aşağıdan uçan müasir PUA-ları aşkar edərək onları müşayiət etməyi və həm də onların uçuşunu təmin edən yerüstü stansiyaların idarəetmə kanallarının aşkarlanmasını təmin edən bir sıra imkanlara malikdir. Hədəfi aşkar etdikdən sonra kompleksin operatoru növbəti tədbirlərin metodunu seçir və onu şəraitə uyğun şəkildə "emal" edə bilir:

• pilotsuz vasitələri marşrutundan yayındıra bilir

• onu yerə enməyə məcbur edə bilir

• onun vəzifələrinin icrasına müdaxilə edə bilir

“Şimşək-S” yerüstü PUA operatoru konsolundan və ya PUA kanalından yayılan idarəetmə siqnallarının ələ keçirilməsini təmin edir. İlk halda, aşkarlama məsafəsi 10 kilometr, ikinci halda isə 50 kilometrə çatır. Kəşfiyyat 100-dən 6000 MHz-ə qədər tezliklərdə həyata keçirilir. “Şimşək -S” kompleksi döyüş meydanına çatdıqdan sonra stansiyanın yerləşdirilməsinə 10 dəqiqədən az zaman tələb olunur.

Vətən müharibəsində bu kompleksdən istifadə edərək Tovuz istiqamətində düşmən PUA-sı aşkarlanıb.

Hazırda Azərbaycan Ordusunun ixtiyarında həmin şirkətin digər mobil radar kompleksləri də mövcuddur.

“Şimşək S” PUA-larla mübarizə sistemləri

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də