Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

5 yaşlı qız qaynar suda yandı

Zaqatala rayonunun Muxax kənd sakini, 2017-ci il təvəllüdlü Dəmirova Xanım Bayram qızı evdə oynayan zaman ehtiyatsızlıqdan qaynar su olan qabın içinə düşüb.
 
Azyaşlı yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
Xanım Dəmirovaya xəstəxanada 2-3-cü dərəcəli termiki yanıq xəsarəti dioqnozu qoyulub. Ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra, vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək məqsədilə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də