Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məşhur basketbolçuya 9 il həbs verildi

Rusiya məhkəməsi amerikalı basketbolçu Britni Qrineri 9 il həbs cəzasına məhkum edib.
 
Qərar Moskva məhkəməsi tərəfindən verilib.
 
İdmançı narkotik qaçaqmalçılığı və saxlamasında ittiham olunur. Məhkəmə, həmçinin ona 1 milyon rubl məbləğində cərimə kəsib.
 
Basketbol ulduzu 2022-ci il fevralın 17-də Nyu-Yorkdan Moskvaya səfər edərkən saxlanılıb.
 
Bundan əvvəl ABŞ Qrinerin dərhal azadlığa buraxılmasını tələb edib. Amerika mətbuatının yazdığına görə, prezident Co Bayden ABŞ-da həbsdə olan rusiyalı Viktor Butun Qrinerlə, eləcə də əvvəllər casusluqda təqsirli bilinən amerikalı Pol Uilanla dəyişdirilməsi ideyasını bəyənib. Rusiya hakimiyyəti belə mübadilə ilə bağlı razılaşmanın olmadığını bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də