Pakistanın “Daily İttehad” və “İslamabad Post” qəzetlərində, “Pakistan Economic Net”, “Diplomatic News Agency”, “Gulf Observer” xəbər agentliklərində, həmçinin “Centreline” jurnalının veb-səhifəsində Azərbaycan Müdafiə Nazirliyinin “Qisas” cavab əməliyyatı haqqında rəsmi məlumatı yayımlanıb.
Məqalələrdə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdikləri bildirilib.
Eyni zamanda, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyinin, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürüldüyü diqqətə çatdırılıb.