“Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının batalyonunun zabitləri taktiki atış standartları həyata keçirəcəklər”.
Bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
“Zabitlər “Kamxud” yüksək dağlıq poliqonunda Kalaşnikov AK-74 avtomatından və “Makarov” tapançasından (PM) taktiki atış standartlarını həyata keçirəcəklər. Təlim zamanı əsas diqqət açıq sahələrdə müdafiə döyüşünə yönəldiləcək”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir, təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur.