Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə yenə meşələr yanır

Mersinin Topaşır rayonunda meşə yanğını baş verib. Yanğınla mübarizəyə 6 helikopter, 23 yanğınsöndürən maşını və çoxlu sayda canlı qüvvə cəlb olunub.
Bu barədə "CNN Türk" kanalı məlumat yayıb.
 
“Dünən günorta saatlarında Toroslar və Tarsus rayonları arasındakı Topaşir rayonunda meşədə yanğın baş verib. Xəbərdarlıqla bölgəyə 6 helikopter, 23 yanğınsöndürən maşını və çoxlu sayda canlı qüvvə göndərilib. Yanğına həm yerdən, həm də havadan müdaxilə ikinci gündür davam edir”, - xəbərdə deyilir.
 
Ərazinin qayalıq relyefi yanğının söndürülməsini çətinləşdirir. Yanğının söndürülməsi zamanı bir yanğınsöndürən qayadan yıxılaraq yüngül xəsarətlər alıb.
 
Qeyd edilib ki, iyulun 24-də sözügedən ərazidə yanğın baş verib və əməliyyat bölmələrinin uzunmüddətli səyi nəticəsində yanğın söndürülüb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də