Dünyanınsəsi.Az xəbət verir ki,bu marafonun sahibi əvvəlcə naməlum idi, ancaq daha sonra açıqlandı ki, bu şəxs Şiştəpənin bələdiyyə sədri Bayram Hüseynovdur. Müharibə zamanı ordumuzu yemək, içmək və isti geyimlərlə təmin etməklə yanaşı bələdiyə binasını həm də qərərgaha çevirmişdir.
Şəmkir rayonuna üzağlığı gətirən bu vətənpərvər şəxsi biz də təbrik edir və söz veririk ki, saytımızda istənilən qəhrəmanımızın uğurlarını təbliğ və təşviq etməyə hazırıq. Yeri gəlmişkən, 44 günlük müharibə dövründə arxa cəbhədə fəaliyyət göstərənlər də böyük diqqət və ehtiramla qarşılanırlar.
Qeyd etmək istəyirik ki, müharibə vaxtı Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli iradəsi, xalqımızın orduya verdiyi dəstək onları qələbəyə daha da ruhlandırıb. Xüsusilə Şəmkirdən gələn yardım karvanları çox qürurverici olub.
Redaksiya olaraq qeyd etmək istəyirik ki, bizim qarşımızda duran əsas vəzifə Qarabağ iqtisadi zonasının bərpası, oradakı hərbçilərimizin yaşayışının təmin edilməsidir. Bu mənada vətəndaşlar məsələnin vacibliyini anlamalı və Cənab Prezidentin ətrafında güclü Azərbaycan naminə birləşməlidirlər. Bu gün dünya tribunalarında Zəngəzur dəhlizi ifadəsinin işlənməsi elə Qarabağın azad olunmasına bərabərdir.
Şiştəpə bələdiyyəsinin vətən savaşında ordumuza verdiyi dəstək həqiqətəndə qürur verici olmaqla həm də gələcək nəsillərə bir nümunədir.
Şiştəpə Bələdiyyəsinin qərərgahından videosüjeti təqdim edirik: