Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Laçında şəhid olan Anar əsgərliyə belə yola salınmışdı - VİDEO

Ötən gün erməni təxribatı nəticəsində Laçında şəhid olan Azərbaycan Ordusunun əsgəri Anar Kazımovun hərbi xidmətə yollandığı ərəfədə lentə alınan görüntülər yayılıb.
 
Şəhidin videosu sosial şəbəkələrdə paylaşılıb.
 
Məlumata görə, Anar Kazımov dostları ilə birlikdə əsgərliyə getməsi münasibəti ilə məclis təşkil edib.
 
O, 2004-cü ilin fevralın 16-da Şəmkir rayonunun Qaracəmirli kəndində dünyaya gəlib.
 
Xatırladaq ki, avqustun 3-də Azərbaycan Ordusunun əsgəri şəhidlik zirvəsinə yüksəlib. Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində ordumuzun əsgəri Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
 
2004-cü il təvəllüdlü Anar Kazımov bu gün Şəmkir rayonunda dəfn olunacaq. Şəhidin nəşi doğulduğu Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq.
 
4 ayın əsgəri olan A.Kazımov subay idi. Onun bir bacısı və bir qardaşı var.
 
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin