Ukraynanın nüfuzlu informasiya agentlikləri, xəbər portalları Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı haqqında geniş məlumat yayıb.
“Ukrinform”, “RBK-Ukrayna”, “UNİAN“, İnterfaks-Ukrayna” informasiya agentlikləri, “Gordon” nəşri, “Korrespondent”, “Obozrevatel”, “TCN” və digər onlarla xəbər portllarında dərc edilən məqalələrdə Azərbaycan Müdafiə Nazirliyinin “Qisas” cavab əməliyyatı haqqında rəsmi məlumatı yayımlanıb.
Məqalələrdə qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz şəhid olub.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.
Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.